Qara və Aralıq dənizlərində Azərbaycan adı ilə daha dörd gəmi
27 May 2010 14:57
Bu barədə məlumat Milli.Az xəbər portalına şirkətin mətbuat xidmətindən daxil olub. Məlumata görə, birinci tanker sifarişçiyə bu ilin iyul ayının sonlarında Yaponiyanın Suneişi gəmiqayırma tərsanəsində təhvil veriləcək. İkinci tanker isə sifarişçiyə eyniadlı tərsanədə təhvil veriləcək. Amma bu, bir az gec - bu ilin sentyabr ayında baş tutacaq. "Palmali" hər iki tankeri Qara və Aralıq dənizi limanlarından xam neft və neft məhsullarının daşınması üzrə uzun müddətli müqavilələrin təmin edilməsi üçün qəbul edir.
"Afromaks" sinifli tankerlərin alınması üzrə sövdələşmənin dəyəri 120 milyon ABŞ dolları təşkil edir. "Palmali" şirkətlər qrupu bu ilin sonunadək 300 min ton dedveytlik "VLCC" və 16 500 ton dedveytlik "Suesmaks" gəmilərini də əldə etməyə çalışır.
"Palmali" Şirkətlər Qrupundan bildirilib ki, gəmilərin adı Azərbaycanla bağlı olacaq.
Milli.Az