Saakaşvilinin sosial şəbəkə paylaşımı dünyanın diqqət mərkəzində

9 Noyabr 2024 17:55

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkə paylaşımı ilə dünya ictimaiyyətinin diqqətini cəlb edib.

Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, Saakaşvili Donald Trampın ABŞ prezidentliyinə namizədlik məsələsi ilə bağlı ona verdiyi sualı paylaşaraq maraqlı bir anı xatırlayıb.

"2013-cü ildə, artıq prezidentlikdən sonra Nyu-Yorkda olanda Maykl Koen mənə zəng edib, Donald Trampın danışmaq istədiyini söylədi və telefonu ona verdi. Tramp məndən soruşdu: 'Hardasan?' Mən də cavab verdim: 'Nyu-Yorkdayam, gəlmək istəyirsənsə, görüşək.' O, mənə söz verdi ki, Uilyamsburqda məni ziyarət edəcək. Həmçinin, məndən soruşdu: 'Mişa, mənim yenidən prezidentliyə namizədliyimi irəli sürməyim barədə nə düşünürsən?' Cavabım belə oldu: 'Siz mənim bu mövzu ilə bağlı fikrimi bilirsiniz, artıq dəfələrlə danışmışıq və hesab edirəm ki, çox yaxşı şansınız var.' O isə dedi: 'Bildiyimə görə, ətrafımda heç kim mənim şansım olduğuna inanmır.' Mən onu ruhlandırdım və dedim: 'Onlara inanma.' Sonra isə o, Maykla dedi: 'Görürsən, mən sənə demişdim, Mişa da deyir ki, mənim şansım var,'" - Mixeil Saakaşvili bildirib.

Qeyd edək ki, Donald Tramp 2016-cı il seçkilərində qalib gəlib, 2020-ci ildə isə məğlub olub. Buna görə də Saakaşvilinin 2013-cü ildən olan xatirəsi və Trampın "yenidən namizədliyimi irəli sürməyimə necə baxırsan?" sualı qarışıqlıq yaradır. Əlavə olaraq, Tramp ilk dəfə 2000-ci ildə prezidentliyə namizədliyini irəli sürmüşdü.

Milli.Az