Günün qoroskopu: məsləhətlərə qulaq asın

9 Noyabr 2024 00:01

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - yerinə yetirilməsi ilə bağlı azacıq şübhənizin olduğu öhdəliklərə boyun olmayın. Uzunmüddətli əməkdaşlıqla bağlı anlaşma və sənədlərin imzalanması məsləhət deyil. Texnoloji fəaliyyətlə məşğulsunuzsa, gün uğurlu olacaq.

Günün ikinci yarısı hüquq-mühafizə orqanları və əmlak məsələlərini tənzimləyən qurumlardan birinin təmsilçisi ilə ünsiyyətdə olacaqsınız. Münasibətlər gərginləşəcək. Yaxın ətrafınızdakı insanlarla münaqişə etməmək üçün ehtiyatlı və səbrli davranmalısınız. Mənfi emosiyalarınıza nəzarət edin.

Axşam saatlarını dostlarla keçirin.

Buğa - məsləhətlərə qulaq asın. Deyilənləri dinləsəniz, peşəkar fəaliyyət müstəvisində irəliləyiş və mövcud problemlərin çözülməsi ilə bağlı həll variantlarını aşkarlaya bilərsiniz. Günün ilk yarısında həddən artıq intensiv zəhmət tələb edən iş olacaq.

Günün ikinci yarısında müzakirələrdə opponentlərinizi üstələyə bilərsiniz.

Mübahisələrdə aqressivlik etməyin. Alış-verişdə çox pul xərcləməyin. İnsanların gur olduqları yerlərə yollanmayın. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin. Səhhətinizin qeydinə qalın, rasiona fikir verin.

Əkizlər - zərərli vərdişlərdən birindən yaxa qurtarmaq üçün əlverişli zamandır. Pəhrizə başlamaq, qidalanma sistemini nizamlamaq olar. İdmanla məşğul olmağa başlaya bilərsiniz.

Günün ilk yarısı maliyyə məsələlərinin həlli üçün əlverişlidir.

Günün ikinci yarısında isə yaxınlarınızdan birinin sizə iradları olacaq. Emosional davranmayın, təmkinli olun və belədə münaqişəyə yol verməyəcəksiniz. Axşam saatlarına yaxın yorğunluq hiss edəcəksiniz.

Sağlamlıqla bağlı kiçik problem istisna deyil.
 

Xərçəng - uğurlu gündür. Planlarınızdan birini sürətlə reallaşdıra bilərsiniz. Qəfil hədiyyə, təklif və ya sifariş istisna deyil. Yeni dostlar tapa bilərsiniz.

Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, kreativ davranın.

Günün ikinci yarısında yaxın ətrafınızda olan insanlara təsir edin. Situasiyadan yararlanaraq görüş planlaşdırın, münaqişəni çözməyə, anlaşılmazlığı aradan qaldırmağa çalışın.

Axşam saatlarında eqoizmə yer olmamalıdır.

Şir - karyeranız üçün əlverişli zamandır. Humanitar sahədə fəaliyyət göstərirsinizsə, çoxdankı planlardan birini gerçəkləşdirə bilərsiniz. Özünüzdən bədgüman olmayın. İmprovizə edin, şəraitdən asılı olaraq planlara dəyişikliklər edin.

Günün ikinci yarısında önəmli görüş zamanı sayıq və diqqətli olun. Axşam saatlarında əhvalınız pisləşə bilər. Orqanizminizin qeydinə qalın. Normal istirahət etməyə çalışın.

Alış-veriş etmək olar.

Qız - uğurlu və münasib zamandır. Ticarətlə bağlı fəaliyyət yaxşı gəlir vəd edir. Yeni layihəyə başlamaq olar. Maliyyə əməliyyatlarında diqqətli olun.

Günün ikinci yarısında önəmli qərar qəbul etməzdən əvvəl yaxşıca düşünüb-daşının. Mümkün qədər çox iş görməyə can ataraq tələsik davranmayın. Enerji qıtlığı hiss edə bilərsiniz.

Əzələ ağrıları istisna deyil.

Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.

Tərəzi - ciddi, məsuliyyətli işə başlamaq üçün əlverişli zaman deyil. Yeni sifariş və ya layihənin müzakirə olunacağı görüşü, danışıqlar və ya sövdələşmənin imzalanmasını ertələyin. Adi, rutin işləri diqqətlə yerinə yetirin. Əks təqdirdə fəsadları ağır olacaq səhvlərə yol verəcəksiniz.

Günün ikinci yarısında heç bir real səbəb olmadan özünüzü incik, tənha hiss edə bilərsiniz. Mübahisə və ya müzakirələrə qatılmayın. Səhhətinizi, əsəblərinizi qoruyun. Riskli situasiyaların iştirakçısına çevrilməyin. Alış-verişdə bədxərclik etməyin.

Axşam saatlarını sakit şəraitdə keçirin.

Əqrəb - uzunmüddətli planlaşdırma üçün əlverişli zamandır. Karyera müstəvisində irəliləyişin, maliyyə durumunuzu yaxşılaşdırmağın yollarını tapın. Bu gün görəcəyiniz işə görə az sonra yaxşı ödəniş və ya mükafat ala bilərsiniz.

Günün ikinci yarısında qısamüddətli səfərə və ya ezamiyyətə yollana bilərsiniz. Önəmli saydığınız insanla görüşün. Axşam saatlarınızı ailə üzvlərinə ayırın.

Normal istirahət etməyə çalışın.

Oxatan - başladığınız işlərdə irəliləyişlərə nail ola bilərsiniz. Özünüzə əmin olun, aktiv çalışın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Səfər, səyahət, alış-veriş üçün pis zaman deyil.

Yeni layihə ilə bağlı ilkin mərhələni effektiv edin.

Günün ikinci yarısında opponentlə görüşün. Mübahisəni həll etmək üçün onunla dil tapın. Uzaqdakı tanışlar və ya tərəfdaşlarla əlaqələr zamanı vədləri unutmayın. Maliyyə əməliyyatını təxirə salın.

Pulunuzun qədrini bilin.

Oğlaq - uzun müddətdən bəri aradığınızı tapa bilərsiniz. İşlərinizdə müəyyən çətinliklərin yaşanması istisna deyil. Nigaranlıq və narahatlıq olacaq. Günün ilk yarısında ünsiyyət çevrənizi məhdudlaşdırın. Ciddi işlər planlaşdırmayın.


Günün ikinci yarısında təmaslarda diqqətli olun. Yaxınlarınızın qayğısına qalın. Onların dediklərini dinləyin.

Axşam saatlarını ailəvi istirahətə ayırın.

Dolça - yeni ideyalardan birinin sayəsində gəlirlərinizi artıra bilərsiniz. Amma buna nail olmaq üçün səbrlə, əzmlə işləməlisiniz. Ünsiyyət üçün münasib zaman deyil. Yaxın ətrafınızdakı insanlardan biri sizi qıcıqlandıracaq. Tərəfdaş və ya şərikin davranışına sinirlənməyin.

Günün ikinci yarısı kredit almaq, alış-veriş, habelə daşınmaz əmlakla bağlı əməliyyatlar üçün yaxşı zaman deyil. Axşam saatlarını ailə üzvlərinizə ayırın.

Gəzintiyə çıxa bilərsiniz.

Balıqlar - yaradıcı yanaşma tələb edən işlər üçün münasib zamandır. Enerjili olun, aktiv çalışın. Ağır işin, ciddi problemin öhdəsindən gəlməyə çalışanda orijinal çözüm yolunu arayın.

Günün ikinci yarısında istək və ya niyyətinizi reallaşdırmağa can ataraq tələsik qərar verməyin. Ailə üzvləri, dostlarla təmaslarda həssas, qayğıkeş olun. Səhhətinizə fikir verin. Tamahın köləsi olmayın, rasionu ifrat qarınqululuğa çevirməyin.

Milli.Az