Şəmkirdə dostların qanlı davasının detalları

9 Noyabr 2024 20:15

20:`15

Şəmkirdə dostlar arasında ölümlə nəticələnən insidentin detalları məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rayon mərkəzində yerləşən kafelərdən birində gecə saat 01 radələrində istirahət edən Anar Süleymanov və Xudat Məmmədov arasında mübahisə yaşanıb, onlar bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər.

Hadisə zamanı onları ayırmağa çalışan daha bir nəfər də bıçaq xəsarətləri alıb. Hər üç yaralı xəstəxanaya çatdırılıb. Bu zaman Anar Süleymanovun dünyasını dəyişdiyi məlum olub.

"Sözügedən kafedə onlar həmişə yığışır, çay süfrəsində otururlar. Bir-biriləri ilə yaxın münasibətləri olub. Aralarında nə problem yaşanıbsa, döyüşüblər", - deyə Şəmkir sakini söyləyib.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, noyabrın 9-da 1986-cı və 1991-ci il təvəllüdlü iki nəfər bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Onlara ilkin tibbi yardım göstərilərək Cərahiyyə şöbəsinə köçürülüblər.

Faktla bağlı araşdırma aparılır.

-------
06:31

Şəmkirdə qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhər ərazisində iki nəfərin arasında düşüb.

Qətlə yetirilən Şəmkir şəhər sakini 1995-ci il təvəllüdlü A.Süleymnovdur.

Digər bıçaq xəsarətləri alanlar 1986-ci il təvəllüdlü T.Gözəlov və 1991-ci il təvəllüdlü X.Məmmədovdur.

Hər iki şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun