Xaçmazda qadın qonaq getdiyi evdə duş alarkən öldü

9 Noyabr 2024 00:30

Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində fərdi yaşayış evinin hamam otağında gənc qadın dəm qazından zəhərlənərək ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Bakı şəhər sakini 32 yaşlı Nuranə Şıxəliyeva qonaq gəldiyi evin hamamında dəm qazından zəhərlənib.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

-------- 

Daha bir dəm qazı ölümü Siyəzəndə baş verib. Belə ki,14 yaşlı yeniyetmə dəm qazından boğularaq ölüb.

Hhadisə şəhərin 5 mərtəbəli bina evlərində yerləşən mənzildə qeydə alınıb.

2010-cu il təvəllüdlü Asim Vəzirxan oğlu Muradovun hamam otağında dəm qazından boğulduğu bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.

Milli.Az