Noyabrın 8-də Bakıda, Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti təşkil olunub.
Milli.Az Trend-ə istinadla xəbər verir ki, konsertdə Azərbaycan estradasının ulduzları proqramlar ilə çıxış ediblər.
Konsert proqramı paytaxt sakinləri tərəfindən maraqla qarşılanıb.
44 günlük Vətən müharibəsinin dördüncü ildönümü şərəfinə paytaxt, o cümlədən Dənizkənarı Milli Park, eləcə də şəhərin digər parkları və mərkəzi küçələri, binalar və evlərin eyvanları Azərbaycan bayrağı ilə bəzədilib. Bilbordlarda, monitorlarda və bannerlərdə "Xarıbülbül" nişanı və Qələbə şüarlarını görmək olar.
Milli.Az