Robotun çəkdiyi şəkil fantastik qiymətə satıldı

8 Noyabr 2024 19:48

İngilis riyaziyyatçısı Alan Turinqin portreti Nyu-Yorkda hərracda satılan ilk robot tərəfindən yaradılmış rəsm olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, əsər 1,32 milyon dollara satılıb.

Hündürlüyü 2,2 metr olan Alan Turinqin portreti Ai-Da tərəfindən yaradılıb. Ai-Da, rəsm janrında çalışan ilk hiper-realist robot rəssamdır.

Hərracın nümayəndələri tablonu 120 min ilə 180 min dollar arasında qiymətə satmağı planlaşdırblar. Kətan üzərində 27 təklif yerləşdirilib. Nəticədə rəsm 1,32 milyon dollara satılıb.

Milli.Az