Rayona gedənlərin nəzərinə: 7-13 noyabr tarixlərində... - FOTO

8 Noyabr 2024 18:35

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7-13 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Milli.Az xəbər verir ki, günün birinci yarısında Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq yaranıb. Rayonlara gedənlərin çoxluğu səbəbilə kassalarda bilet qıtlığı yaranıb. Buna görə də bəzi sərnişinlər saatlarla kassaların qarşısında gözləyiblər. Səfərini əvvəldən planlaşdıran sərnişinlər isə biletlərini onlayn qaydada aldıqlarını deyirlər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində kassada işləyənlər bildiriblər ki ən çox sıxlıq Gəncə, Mingəçevir, şəhərləri və Tovuz, Tərtər rayonları istiqamətində yaranıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib ki adi günlərlə müqayisədə sərnişin sıxlığı 2 dəfəyə qədər artıb. Təkcə ötən gün 11 min sərnişin yola salınıb. Bu gün də günün birinci yarısına qədər 9 mindən artıq sərnişin bölgələrə səfər edib.

Sıxlığı aradan qaldırmaq məqsədilə xətlərə əlavə 100-ə qədər avtobus buraxılıb.

Milli.Az