Azərbaycanın Dövlət Bayrağı Meydanında bu gün yenidən ucaldılan bayraq ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Bulvar İdarəsinin rəsmisi Əfsanə Mehdiyeva deyib.
O bildirib ki, Meydan təmirə bağlanmadan öncə bayraq dirəyinin hündürlüyünə görə bu rekord verilmişdi:
"Hazırda isə yeni sertifikat Meydanda ucaldılan bayrağın ölçüləri ilə bağlıdır. Bayrağımızın rekordlar kitabına düşməsi artıq rəsmiləşdirilib".
Qeyd edək ki, bayrağın ümumi çəkisi 500 kiloqramdan artıq, eni 36 metr, uzunluğu 72 metrdir.
Milli.Az