Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib

8 Noyabr 2024 12:08

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanda əksini tapıb.

Siyahıya Müdafiə Sənayesi Nazirliyinin tabeliyində "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri daxil edilib.

Milli.Az