Sərnişin təyyarəsində nasazlıq yarandı: məcburi eniş edib

8 Noyabr 2024 11:55

Rusiyanın "Ural Airlines" aviaşirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən təcili eniş edib. 

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, noyabrın 8-də Yekaterinburqdan Vladivostoka uçan təyyarədə fövqəladə vəziyyət yaranıb.

Təyyarə təqribən saat 5:50-də təyinat hava limanına təhlükəsiz eniş edib, lakin qəzaya enişi etdiyi üçün geriyə uçuş 6 saatdan çox gecikib.

Xəyal
Milli.Az