Nəyə görə təyyarələr Tibet üzərindən uçmur? - MARAQLI DETALLAR

8 Noyabr 2024 09:53

Uçuş radar tətbiqinə baxsanız görərsiniz ki, dünyanın hər yerində çoxlu təyyarələr uçsa da, Çinin Tibet bölgəsində heç bir təyyarə yoxdur.

Bəs nəyə görə təyyarələr Tibet üzərində uçmur?

Tibet üzərindən keçəndə daha qısa müddətə gedə bildikləri halda niyə onun ətrafından dolanırlar?

Əslində bu sualın cavabı Tibet üçün istifadə edilən "dünyanın damı" bənzətməsində gizlənir.

Tibet dəniz səviyyəsindən orta hesabla 5 min metr hündürlükdə olan və dünyanın ən hündür yeri olan Everest dağına ev sahibliyi edən bir coğrafiyadır. 

Bəs bunun təyyarələrlə nə əlaqəsi var?

Müasir sərnişin təyyarələrinin kabinlərində təzyiq var.

Bu təzyiq sistemində nasazlıq baş verdikdə ilk olaraq sərnişinlərin nəfəs alması üçün oksigen maskaları işə salınır.

Bununla belə, oksigen sisteminin tutumu orta hesabla 15-20 dəqiqə kifayətdir.

Buna görə də kabin təzyiq sistemində nasazlıq yarandıqda pilotlar təyyarəni 3 min metr yüksəkliyə çəkməli olurlar.


Tibet bölgəsinin əksər yerlərində hündürlük 3 min metrdən xeyli yuxarıdır.

Tibetdə fövqəladə vəziyyətdə təyyarələrin təhlükəsiz enə biləcəyi mühit yoxdur.

Bundan əlavə, iki mühərrikli təyyarələrdə mühərriklərdən biri sıradan çıxdıqda, təhlükəsiz uçmaq üçün təyyarə müəyyən yüksəkliyə enməlidir.

Təəssüf ki, Tibetin coğrafi quruluşuna görə bu mümkün deyil.

Bu səbəblərdən heç bir təyyarə Tibet üzərində uçmur.

Xəyal Abdullayev
Milli.Az