"Yaxın Şərqdə döyüşlər dərhal dayandırılmalıdır"

8 Noyabr 2024 06:30

Yaxın Şərqdə döyüşlər dərhal dayandırılmalıdır.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunun plenar iclasında çıxışı zamanı deyib.

"Başa düşürəm ki, hər hansı bir hərəkətin qarşı tərəfdə baş verənlərlə uyğun olması lazım olması ilə bağlı dəfələrlə danışmışam. Əlbəttə ki, İsrailə qarşı hər hansı bir hücumu pisləyirik. İsrailə hücum terrorun təzahürüdür və bu, oktyabrın 7-də baş vermişdi. Amma təbii ki, cavab da ona uyğun olmalıdır. Bilirsiniz, indi biz Fələstin xalqının çəkdiyi iztirabı minimuma, sıfıra endirməyə çalışmalıyıq. Məhz buna görə də müharibə dərhal dayandırılmalıdır. Həm İsrail, həm də Fələstinin bu məsələdə razılığa gəlməsi üçün hər şey edilməlidir", - deyə Putin bildirib.

Milli.Az