Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.
Belə ki, Mərdəkan-Qala şossesində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza hadisəsi qeydə alınıb.
Qəza zamanı ümumilikdə 9 nəfər xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, 9 nəfərdən ikisinin vəziyyəti ağırdır. Onlar Fatimə Qasımova və Əlfəddin Əlhüseynovdur.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Milli.Az