NASA-nın Juno kosmik gəmisi Yupiter planetinin tarixdəki ən detallı şəkillərini Yerə göndərib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə Newsweek məlumat yayıb.
Nəşr qeyd edib ki, "Onun Yerə göndərdiyi şəkillərin son dəsti həqiqətən təsiredicidir".
Zond oktyabrın 23-də qazdan ibarət nəhəng planetə 66-cı yaxınlaşma zamanı fotoşəkillər çəkib.
Bundan əlavə, Juno 250 × 146 × 128 km ölçüdə Yupiterin peyki olan Amaltheaya yaxınlaşmağı bacarıb.
Kosmik gəmi 2011-ci ildə buraxılıb və beş il sonra, 2016-cı ildə Yupiterə çatıb. O vaxtdan bəri, zond planetin və onun peyklərinin yaxınlığında işləyir, şəkillər çəkir və kiçik detallarla dolu məlumatları geri göndərir.
Milli.Az