Gəncədə tibb bacısını maşın vurub öldürdü

7 Noyabr 2024 22:56

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, şəhər ərazisində xəstəxanaların birində tibb bacısı işləyən 1969-cu il təvəllüdlü R.Quluyevanı avtomobil vurub.

O, aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun