İkinci dəfə ABŞ-nin prezidenti seçilən Donald Trampın maaşı açıqlanıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın alacağı məvacib bilinib.
Onun bu vəzifədən gəliri illik 400 min dollar olacaq.
Qeyd edək ki, Trampın sosial şəbəkələr və əmlak yatırımlarından kifayət qədər gəliri var. Onun xalis sərvəti ilə bağlı fərqli fikirlər var. "Bloomberg"ə görə sərvəti hazırda 6,49 milyard dollar təşkil edir. "Forbes" isə keçən həftə verdiyi təxminində bu məbləği 8 milyard dollar olaraq göstərdi. "Wall Street Journal" isə bu rəqəmin daha yüksək olduğunu və Trampın sərvətinin 7,5 milyarddan 10 milyard dollara qədər ola biləcəyini irəli sürüb.
İslam
Milli.Az