İzmirdə 2 vilayətdə PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirilib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən PKK/KCK silahlı terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində təşkilat daxilində fəaliyyət göstərən, hərəkət və hadisələrdə iştirak edən, cinayət törətməkdə şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.
İzmirin mərkəzi və Muğlanın Bodrum rayonunda həyata keçirilən reydlər zamanı 9 şübhəli tutularaq saxlanılıb.
Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı çoxlu sayda sənədsiz tüfəng və patron, qadağan olunmuş nəşrlər və çoxlu sayda rəqəmsal material ələ keçirilib.
Nərmin Mahmudova
Milli.Az