"Cənubi Qafqazda sülh yolu ilə nizamlanma prosesinə mane olurlar"

7 Noyabr 2024 12:58

Cənubi Qafqazda vəziyyətin yaxşılaşması üçün ilkin şərtlər mövcuddur, lakin Qərb ölkələri öz maraqlarına uyğun hərəkət edərək buna mane olur.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu RF Təhlükəsizlik Şurasının rəhbəri Sergey Şoyqu MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuralarının katiblərinin 12-ci görüşündə bildirib.

"Vəziyyətin yaxşılaşması üçün ilkin şərtlər var, lakin buna çirkin məqsədlərlə hərəkət edən xarici oyunçular, ilk növbədə, Qərb ölkələri mane olur", - o qeyd edib.

S.Şoyqunun sözlərinə görə, bu, regional problemlərin regional həllərə ehtiyacı olduğu tezisini təsdiqləyir.

Milli.Az