Sünnət olunan 6 yaşlı uşaq öldü - FOTO

7 Noyabr 2024 12:00

6 yaşlı uşaq sünnət olunduqdan sonra ölüb.

Milli.Az ntv-yə istinadla xəbər verir ki, Niğde ( Türkiyə ) yaşayan 6 yaşlı Metin Muhammet Erden sünnət olunduqdan bir neçə gün sonra dünyasını dəyişib.

Uşağın ailəsi iddia edir ki, Metin həkim səriştəsizliyinin qurbanı olub. Onların dediyinə görə, həkimlik üzrə təhsil almayan birinin uşağı sünnət etməsi azyaşlının ölümü ilə nəticələnib. Valideynləri qeyd edib ki, əməliyyatdan sonra ağrıları kəsməyən uşaq həkimin verdiyi yanlış dərmanlar səbəbindən ölüb.

Milli.Az uşağın fotolarını təqdim edir:

İsmayıl
Milli.Az