2 min at gücündə avtomobil təqdim edildi - FOTOlar

7 Noyabr 2024 11:40

ABŞ-nin "Ringbrothers" şirkəti 1987-ci ildə istehsal olunmuş "Buick Regal Grand National" avtomobilini təqdim edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, tamamlanması təxminən 4.900 saat çəkmiş və "İnvadr" adı ilə tanınan ən son quruluşu üçün "Ringbrothers" şirkəti "Buick Regal Grand National" avtomobilini 1,246 at gücünə malik raketə çevirib. 

Avtomobil standart tənzimləmələrlə 1 246 at qüvvəsi hasil edən 3.8 litrlik tvin-turbo V6 mühərriki ilə təchiz edilib.

Lakin onun parametrlərini dəyişdirməklə gücünü 2 min at qüvvəsinə çatdırmaq mümkündür.

Fidan
Milli.Az