Bu ölkə ABŞ ilə birləşəcək

7 Noyabr 2024 10:34

Puerto-Riko sakinlərinin yarıdan çoxu adanın statusu ilə bağlı referendumda ABŞ-yə ştat kimi qoşulmağa səs verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə yerli "El Nuevo Día" qəzeti məlumat yayıb.

Səslərin 91,35%-i işləndikdən sonra məlum olub ki, Puerto-Rikalıların 56,82%-i ABŞ-ın tərkibinə daxil olmağın, 30,85%-i müstəqilliyin, daha 12,33%-nin isə hazırkı statusunun saxlanmasının tərəfdarı olub.

Puerto Riko, Karib dənizində Amerika Birləşmiş Ştatlarının qeyri-korporativ ərazisi olan ada dövlətidir. Bu o deməkdir ki, ada ABŞ-a məxsusdur, lakin formal olaraq ölkənin bir hissəsi hesab edilmir. Puerto Rikonun öz qubernatoru və qanunverici orqanı kimi özünüidarəetmə institutları var, lakin Vaşinqtonda Amerika qanunlarına və hökumətinə tabedir . Adanın sakinləri Amerika vətəndaşlığına malikdirlər, lakin prezident seçkilərində səs verə bilməzlər.

Milli.Az