"Beşiktaş"dan UEFA Avropa Liqasında çətin qələbə

7 Noyabr 2024 10:04

Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasında qələbə qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İsveçin "Malmö" kollektivinə 2:1 hesabı ilə qalib gəlib.

"Ağ-qaralar"ın heyətində 76-cı dəqiqədə Ernest Muci, 9 dəqiqə sonra isə Semih Kılıçsoy fərqlənib.

"Malmö"nün yeganə qoluna isə 90+5-ci dəqiqədə Soren Rieks imza atıb.

Qeyd edək ki, IV turun digər görüşləri noyabrın 7-də gerçəkləşəcək.

Milli.Az