"Qaraca qız" filminin qəhrəmanını bıçaqladılar - YENİLƏNİB - VİDEO-FOTO

27 May 2010 22:23
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Nərimanov prospektində yaşayan 61 yaşlı Rauf  Kərimov münaqişə zəminində 51 yaşlı Leyli Kərimovaya kəsici alətlə xəsarət yetirib. L.Kərimova kürək nahiyyəsinin kəsik xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

R.Kərimov artıq saxlanılaraq ifadəsi alınıb. Hadisənin dəqiq motivi barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkmiş Leyli Kərimova "Qaraca qız" filmində Xədicə rolunun ifaçısıdır.

Anar Məmmədov
Milli.Az


-----------------------



--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------