"Formula-1"də 26 ildən sonra bir İLK

7 Noyabr 2024 11:02

Finlandiyalı Valtteri Bottas "Kick-Sauber" komandasını tərk edir və gələn ildən onun yerini braziliyalı Qabriel Bortoleto tutacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,1989-cu ildən bəri ilk dəfə "Formula-1" pelotonunda finlandiyalı pilot olmayacaq.

İndiyədək Finlandiyanın ümumilikdə doqquz "Formula-1" pilotu olub. Onlardan səkkizi ən azı bir dəfə podiuma yüksəlib, beşi Qran-pri qazanıb, ikisi bir dəfə çempion olub (Keke Rosberq və Kimi Raykkonen) və biri isə ikiqat çempion adını qazanıb (Mika Hakkinen).

Milli.Az