Aktyor Məcid Hüseynov rayonlardan birində başına gələn qorxunc hadisəni "Günə bax" tamaşaçıları ilə bölüşüb.
Milli.Az titul.az-a istinadən xəbər verir ki, aktyor bildirib ki, kənddə ot yolarkən birdən əlinin ətə toxunduğun hiss edib. Aktyor həmin an görmədən artıq bunun ilan olduğun hiss edib. Qəfil özünü geri atan aktyor sonradan toxunduğu o ilanın ən zəhərli sürünənlər sinifinə aid Qafqaz gürzəsi olduğunu görüb.
Məcid bildirir ki, o vaxtdan ilan qorxusu onu rahat buraxmır. O, televiziyada belə ilan göstərəndə özündən biixtiyar ayaqlarını qaldırdığını deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun