"Bavariya" Musiala ilə danışıqları dayandırdı

6 Noyabr 2024 21:06

"Bavariya" yarımmüdafiəçisi Camal Musiala yeni müqavilə üzərində danışıqları dayandırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Almaniya millisinin futbolçusu qış fasiləsində gələcəyini düşünmək istəyir - ən azı yanvara kimi qərar verməyəcək.

Eyni zamanda, Musiala ilə müqavilənin uzadılmasının hələ də Münhen klubunun prioritet məqsədi olduğu qeyd edilir.

Cari mövsümdə Camal Musiala bütün yarışlarda 12 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Milli.Az