"Az çimin" - xəbərdarlıq

13 Noyabr 2024 05:05

Nyu-York meri Erik Adams quru oktyabrdan sonra quraqlıq elan etdi və sakinləri suya qənaət etməyə çağırdı.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "ABC News" xəbər verir.

"Nyu-York meri sakinləri daha az duş qəbul etməyə, sızan kranları düzəltməyə və suya qənaət etməyə çağırıb", - nəşr yazır.

Bundan əlavə, Adams insanlardan dişlərini fırçalayarkən kranları bağlamağı və səkiləri sulamaq əvəzinə süpürməyi xahiş edib. Mer həmçinin bütün şəhər qurumlarına su ehtiyatı planlarını həyata keçirməyə hazırlaşmağı tapşırıb.

Milli.Az