Hizbullahın İsrailə atdığı 10 raketdən biri Tel-Əvivdə Ben-Qurion adına Beynəlxalq Hava Limanının ərazisinə düşüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrail Müdafiə Nazirliyindən bildirilib ki, raket aeroportun ərazisinə düşüb və xəsarət alan olmayıb.
Raket zərbəsindən sonra uçuşlar dayandırılıb.
Milli.Az