Türkiyəli aktyor və aparı Cess Molho və həyat yoldaşı rejissor Zeynep Molho boşanmaq üçün yenidən məhkəməyə müraciət edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyun ayında Cess Molho məhkəməyə müraciət edərək 23 illik həyat yoldaşı Zeynep Molhoya qarşı razılıq əsasında boşanma iddiası qaldırıb.
Lakin bir neçə gün sonra yenidən məhkəməyə müraciət edərək, həyat yoldaşı ilə aralarında yaranmış mübahisənin razılaşma yolu ilə həll olunduğunu və boşanmaqdan imtina etdiklərini bildirmişdilər.
Jess Molho və Zeynep Molho cütlüyü 4 aydan sonra yenidən boşanmaq qərarına gəlib.
Jess Molho arvadının onu idman məşqçisi ilə aldatdığını, spirtli içkilərə aludə olduğunu iddia edərək 30 milyon lirə təzminat tələb edib. Jess Molho uşaqlar üçün ayda 100 min lirə aliment istəyib.
Zeynep Molho da məhkəməyə müraciət edərək, Jess Molho tərəfindən fiziki, psixoloji zorakılığa məruz qaldığını iddia edərək 40 milyon lirə təzminat tələbi irəli sürüb.Övladlarının qəyyumluğunu istəyən Zeynep Molho ümumilikdə 700 min lirə aliment istəyib.
Fidan
Milli.Az