İlon Maskdan telefon buraxılışı: "İstəsək bunu edə bilərik!"

6 Noyabr 2024 13:02

Joe Rogan ilə müsahibəsində İlon Mask "Tesla"nın əslində telefon istehsal etmək potensialına malik olduğunu, lakin bu ideyanın onlar üçün prioritet olmadığını açıqlayıb.

Milli.Az xəbər verir ki, açıqlamada İ.Mask bilirib ki, "Biz telefon istehsal edə bilərik. Çünki "Tesla"nın infrastrukturu "Linux" əsaslı kommunikasiya sisteminə əsaslanır. Bu, bizə unikal telefon istehsal etməyə imkan verir. Amma hazırda buna ehtiyac yoxdur".

İ.Mask, "əgər "Apple" və ya "Google" həqiqətən pis bir iş görsələr, məsələn, proqram mağazalarını ciddi şəkildə idarə etməyə başlasalar, bəlkə bunu nəzərə alacağıq" dedi və bu mövzuda diqqət çəkən bir zarafat etdi.

İlqar Şabanov
Milli.Az