ABŞ-ın keçmiş prezidenti Donald Tramp Robert Kennediyə vəzifə verəcək.
Milli.Az xəbər verir ki, bu barədə Tramp özü jurnalistlərə açıqlamasında deyib.
Tramp ABŞ-ın səhiyyə sistemində kiçik Robert Kennediyə vəzifə təklif etmək niyyətində olduğunu açıqlayıb: "Mən Kennedi və digər insanlarla danışıb qərar qəbul edəcəyəm. Kennedi çox istedadlı və güclü insandır" .
Qeyd edək ki, Robert Kennedi ABŞ-ın sui-qəsdə uğrayaraq öldürülən 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur.Prezident seçkilərinə namizəd Robert Kennedi avqust ayında namizədlikdən geri çəkildiyini və Respublikaçı namizəd Trampı dəstəkləyəcəyini açıqlamışdı.
Nərmin Mahmudova
Milli.Az