ABŞ prezidentliyinə namizəd Kamala Harrisin yalanı belə ifşa olundu - VİDEO

6 Noyabr 2024 11:30

ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki zamanı yalanı ifşa olunub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Kamala Harris seçki günü Demokratlar Partiyasının Milli Komitəsinin qərargahına gözlənilməz səfər edib. Harris işçilərə seçki prosesində göstərdikləri səylərə görə təşəkkür edib və onlarla bir müddət söhbət edib. Daha sonra mərkəzə edilən bəzi zənglərə cavab verib.

Kameralar qarşısında telefonunda biri ilə söhbət edən Harris qarşı tərəfə "necəsən, səs verdinmi?" - deyə soruşub. 

Daha sonra Harris smartfonun ekranını bu zaman ona əl çalan tərəfdarlarına tərəf çevirib. Bu anda ekranda zəng üçün xarakterik olan interfeys əvəzinə kamera tətbiqinin işlədiyi görünüb.

Tramp tərəfdarları Harrisi dələduzluqda ittiham ediblər. Harrisin təşviqat qrupundan hələlik heç bir açıqlama yoxdur.

Fidan
Milli.Az