6 nəfəri qətlə yetirən Reymonddan xəbər var.
Milli.Az nbcnews-a istinadla xəbər verir ki, 17 yaşlı Raymond Ronald Lee Childs 2021-ci ilin yanvarında ABŞ-nin İndiana ştatının Indianapolis şəhərində ailə üzvlərini qətlə yetirib.
O, beş ailə üzvünü - valideynləri, hamilə bacısını, kiçik qardaşını və daha bir ailə üzvünü odlu silahla öldürüb. Bu faciəli olayda hamilə olan bacısının körpəsi də daxil olmaqla altı nəfərin ölümü qeydə alınıb.
İttihamnaməyə görə, cinayət ailədaxili mübahisə nəticəsində baş verib. Belə ki, o, sevgilisinin evinə getmək istədikdə ailəsi ona qarşı çıxıb. Raymond da ailəsinin intizam qaydalarına üsyan edərək odlu silahdan istifadə edib.
Raymondun növbəti məhkəməsi yanvar ayının 7-nə təyin olunub. O, 65 illik həbs cəzası ala bilər.
İsmayıl
Milli.Az