Türkiyə bu ölkənin bütün borclarını sildi

6 Noyabr 2024 10:59

Qırğızıstan və Türkiyə prezidentləri arasında 19 müqavilə imzalanıb.

Milli.Az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə iki ölkə arasında 19 müqavilə imzalanıb.

Bundan əlavə, iki ölkə arasında "Borcların silinməsi haqqında saziş" imzalanıb. Beləliklə, Qırğızıstanın Türkiyəyə olan bütün borcları silinib. 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvə Toplantısında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə gedib.

Nərmin Mahmudova
Milli.Az