3 ay öncə mopedlə beton maneəyə çırpılmışdı - xəstəxanada öldü

6 Noyabr 2024 09:34

3 ay öncə qəza törədən moped sürücüsü xəstəxanada ölüb.

Milli.Az xəbər verir ki, 9 avqust axşam radələrində Nərimanov rayonunda "Gənclik tunel"ində beton maneəyə çırpılaraq qəza edən Fərid Paşazadə xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az