ÇL-də gecənin sürprizləri: “Mançester Siti” darmadağın oldu

6 Noyabr 2024 09:05

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turuna start verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ilk oyun günündə 9 görüş keçirilib.

Turun mərkəzi görüşü İspaniyada olub. "Real Madrid" doğma meydanda İtaliya "Milan"ı ilə üz-üzə gəlib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Liverpul" isə doğma meydanda Almaniya "Bayer"inin qapısından dörd cavabsız top keçirib.

"Sportinq" də öz azarkeşləri önündə "Mançester Siti" qarşısında geridönüş edib. Matçda hesabı qonaqlar açsalar da, meydan sahibləri ardıcıl qollarla matçın taleyini dəyişməyə və "şəhərlilər"i darmadağın etməyə müvəffəq olublar - 4:1.

UEFA Çempionlar Liqası

Əsas mərhələ

IV tur

PSV (Niderland) - "Jirona" (İspaniya) - 4:0

"Slovan" (Slovakiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:4

"Real Madrid" (İspaniya) - "Milan" (İtaliya) - 1:3

"Liverpul" (İngiltərə) - "Bayer" (Almaniya) - 4:0

"Borussiya" (Dortmund, Almaniya) - "Şturm" (Avstriya) - 1:0

"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 4:1

"Lill" (Fransa) - "Yuventus" (İtaliya) - 1:1

"Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 3:1

"Bolonya" (İtaliya) - "Monako" (Fransa) - 0:1

Qeyd edək ki, Çempionlar Liqasında əsas mərhələnin digər oyunları bu gün reallaşacaq.

Milli.Az