Ermənistan millisinə baş məşqçi gəlir

6 Noyabr 2024 08:51

"Real Madrid"in əfsanəvi futbolçusu Raul Ermənistan millisinə rəhbərlik edə bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının vitse-prezidenti Armen Nikoqosyan məlumat verib.

Onun sözlərinə görə, 47 yaşlı mütəxəssis baş məşqçisi postuna namizəddir.

Qeyd edək ki, Ermənistan millisində ötən ay baş məşqçi Aleksandr Petrakovla yollar ayrılıb.

Raul isə hazırda "Real"ın əvəzedici komandası "Kastilya"ya rəhbərlik edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun