Sumqayıtda eltilər arasında qanlı dava - bıçaqladı

6 Noyabr 2024 07:51

Sumqayıtda 29 yaşlı qadını qaynı arvadı bıçaqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun