Aktürkoğlu ən yaxşı oldu

6 Noyabr 2024 00:27

Türkiyə millisinin və "Benfika"nın yarımmüdafiəçisi Kerem Aktürkoğlu sentyabr və oktyabr ayları üçün Portuqaliya çempionatının ən yaxşı futbolçusu seçilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Portuqaliya Liqasının mətbuat xidməti məlumat yayıb. 

26 yaşlı futbolçu 5 matçda 5 qol vurub və 2 assist edərək son iki ayın ən yaxşı oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, Kerem Aktürkoğlunun bazar dəyəri 18 milyon avrodur. Onun "Benfika" ilə müqaviləsi 2029-cu ilə qədərdir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun