Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 4-də Nəsimi rayonu Tbilisi prospektində baş verib.
Belə ki, ana və azyaşlı qızı yolu keçərkən uşaq qəfil ictimai nəqliyyat üçün nəzərdə tutulmuş zolaqla hərəkətdə olan iritutumlu avtobusun qarşısına çıxıb.
Nəticədə avtobus azyaşlını vurub. Avtobus sürücüsünün dərhal əyləci sıxması səbəbindən uşaq ciddi xəsarət almayıb.
Hadisə yoldan keçən digər avtomobilin kamerası vasitəsilə anbaan lentə alınıb.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun