Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlərin davamı olaraq İnzibati binanın qarşısında təntənəli konsert keçirilib.
Milli.Az Trend-ə istinadla xəbər verir ki, Şuşa şəhərin mərkəzi meydanında təşkil edilən konsert proqramına şəhər sakinlərinin marağı böyük olub.
Qeyd edək ki, tədbirdə Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin əməkdaşları, millət vəkili Polad Bülbüloğlu, şəhər sakinləri iştirak ediblər.
Tədbirin yekununda atəşfəşanlıq olub.
Noyabrın 8-də axşam saatlarında Xankəndidə də Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil olunub.
Konsert və atəşfəşanlıq yerli sakinlər tərəfindən böyük maraqla qarşılanıb.
Noyabrın 8-də axşam saatlarında Füzulidə Zəfər Günü münasibətilə atəşfəşanlıq təşkil olunub.
Milli.Az