"Böyük sinifdə oxuyan şagird ibtidai sinifdə oxuyan oğluma tərbiyəsizlik etdi. Məktəbə şikayət etdim. Valideyn mənə zəng etdi ki, mən bilirsiz kiməm? Məktəb də bir iş görmədi. Oğlumu həmin məktəbdən çıxartdım".
Milli.Az shownews-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Qəhrəmanova "Tarixin bir günü" verilişində bildirib. Sənətçi şagird pullu məktəblərdə özbaşınalığı ilə yanaşı, valideyn özbaşınalığından da şikayətlənib:
"Qalmaqal, dava istəmədiyimdən sakitcə uşağı həmin məktəbdən çıxardım. İllik 1200 manat ödəyirdim".
Milli.Az