"Arsenal" azarkeşlərinə şad xəbər

5 Noyabr 2024 20:54

İngiltərənin "Arsenal" klubunun futbolçusu Martin Edeqor zədəsini sağaldıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi komanda ilə məşqlərə start verib.

Norveçli oyunçu İtaliyada "İnter"ə qarşı keçirəcəkləri Çempionlar Liqası matçında iştirak edə bilər.

Qeyd edək ki, "İnter" -"Arsenal" görüşü noyabrın 6-da keçiriləcək. Martin Edeqor sentyabrda Norveç yığmasının heyətində zədələnmişdi.

Milli.Az