Xəbər verdiyimiz kimi, Bakıda küçələrin təmizliyində istifadə məqsədilə yeni texnikalar gətirilib. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Bu texnikaların tam olaraq nə olduğu insanlar arasında maraqla qarşılanıb.
Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən bildirilib ki, kommunal xidmətlərin əməkdaşlarının əməyinin yüngülləşdirilməsi, küçə və prospektlərin, parkların təmizlənməsi işlərinin mexanikləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə bir qədər əvvəl Bakı Şəhər MKTD-nin sifarişinə əsasən yeni tozsoran texnika alınaraq Bakıya gətirilib. Bu yeni texnikalar payız aylarında yerə tökülən yarpaqların və digər tullantıların yığışdırılmasında istifadə ediləcək.
"İlkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib. Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub".
Aysel Əkbər
Milli.Az