Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol Azərbaycandakı müştəriləri üçün ''Super alış-veriş günləri''nə başlayır.
Türkiyənin məşhur pop-ulduzu Hadisənin reklam üzü olduğu ilin ən böyük endirim kampaniyası 6-11 noyabr tarixlərini əhatə edəcək. Trendyol müştərilərinə əsl endirim festivalı əhval-ruhiyyəsini yaşadacaq 6 gün müddətində elektronikadan mətbəx avadanlıqlarına, modadan şəxsi baxım məhsullarına qədər bütün kateqoriyalarda böyük endirimlər təqdim olunur.
''Super alış-veriş günləri'' Trendyol istifadəçilərinə seçilmiş məhsullar üçün 60 faizədək endirim fürsəti verir. Əlavə olaraq, alış-veriş həvəskarları SUPER20 kodu ilə 20 faiz endirim imkanı qazanaraq arzuladıqları məhsula sahib olacaqlar.
Birbank taksit kartı sahibləri isə bu müddət ərzində "Trendyol"dan istədikləri məhsulu sifariş edərək 6 aylıq faizsiz taksit imkanından yararlana biləcəklər.
"Trendyol"un istifadəçiləri üçün yaratdığı fürsətlər bununla bitmir.
6-11 noyabr tarixləri arasında müştərilər "Qazandıran çarx" və "Paylaş-Qazan" kampaniyası ilə böyük məbləğlərdə kupon fürsətləri əldə edəcəklər.
Kampaniya müddətində ''Trendyol''un sosial media kanallarında təşkil etdiyi müsabiqələrdə iştirak etməklə müştərilər Hadisənin Bakı konsertinə bilet qazanacaqlar.
Trendyol hər il təşkil etdiyi müxtəlif kampaniyalarla alış-veriş həvəskarlarına endirim fürsətləri təqdim edir.