Dubay şokoladı zərərlidir? - AÇIQLAMA

5 Noyabr 2024 11:18

Dubay şokoladları, öz xüsusi dadı və estetik görünüşü ilə dünyanın bir çox yerində məşhurdur. Bu şokoladlar, zəngin tərkibi və yüksək keyfiyyəti ilə seçilir, lakin onların istehlakı ilə bağlı bəzi ziyanları da var.

Birincisi, Dubay şokoladları adətən yüksək şəkər və yağ tərkibinə malikdir. Bu, onları kalori baxımından zəngin edir və normadan artıq istehlak edildikdə çəki artımına səbəb ola bilər. Şəkərli qidaların həddindən artıq istehlakı, diş sağlamlığına da ziyan vurur və diş çürüməsinə yol aça bilər. İkincisi, bəzi insanlar şokoladlara allergik reaksiya verə bilər. Tərkibindəki kakao, qoz və digər maddələr allergik reaksiyalara səbəb ola bilər ki, bu da bəzi istehlakçılar üçün problem yarada bilər.

Bəs bu şokoladlar nə dərəcə zərərlidir?

Mövzu ilə bağlı Milli.Az-a qida eksperti Ağa Salmanov açıqlama verərək bildirib ki, Dubay şokaladlarının insan organizminə hec bir ziyanı yoxdur. 

"Sadəcə olaraq insanlar balanslaşdırılmış qidalanma tərzinə diqqət etsələr o zaman heç bir problemi yoxdur. Əks təqdirdə ziyanları ortaya çıxa bilər. Suyun özü də cox içiləndə, ət də çox yeyiləndə öz faydasını itirir. Hər bir şey balanslaşdırılmış qədərində olması daha məqsədə uyğundu. Həmin şokoladı soyuducuda düzgün şərtlər altında saxlamaq şərti ile 2-3 gün yemek olar. Bir dəfəyə çox yemək qətiyyən ziyandır. Bəzi xəstəlikləri olan insanlara fastfood,  rəngli qazlı içkiler bu şokoladdan daha ziyanlıdır. Bəs bunları niyə düşünmür insanlar? Sadəcə gündəm olsun deyə məhz bu şokolada toxunurlar".

Ekspert qeyd edib ki, bu şokoladı xəstələr belə həkim məsləhəti ile yesələr heç bir problem olmaz. Həmin insanlar qanda şəkəri artıran məhsullardan uzaq olmalıdırlar, bura təbii meyvələr belə aiddir. Bütün hamısı həkim nəzarəti altında olmalıdır. Amma her şeyə həyacan tebili ilə yanaşmaq düzgün deyil. Səhhəti yerində olan insanlara normasında yeyilse heç bir zereri yoxdur.

Nəticə etibarilə, Dubay şokoladları həm dadlı, həm də vizual cəhətdən cazibədar olsa da, istehlak zamanı diqqətli olmaq vacibdir. Balanslı qidalanma prinsiplərinə riayət edərək, şokoladların zərərlərini minimuma endirmək mümkündür. Şokoladların populyarlığı isə, onların lüks görünüşü və unikal dadı ilə bağlıdır, bu da onları istehlakçılar arasında axtarılan bir məhsul halına gətirir.

Aysel Əkbər
Milli.AZ