Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə dünən axşam radələrində rayonun Çaylı kənd ərazisində olub.
Belə ki, 1981-ci il təvəllüdlü Elnur Səmədov idarə etdiyi "Hova" markalı yük avtomobili ilə 1957-ci il təvəllüdlü piyada Humayə Məmmədovanı vurub.
Humayə Məmmədova xəstəxanaya çatdırılsa da, o, gecə saatlarında xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az