Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlandı

5 Noyabr 2024 11:37

"Verxniy Lars" beynəlxalq buraxılış məntəqəsi ilə Gürcüstandan Rusiyaya gedən yol ağır yük maşınları üçün bağlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.

"Qar yağması ilə əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib", - deyə attaşe qeyd edib.

Keçid minik avtomobilləri üçün açıqdır.

Xatırladaq ki, Yuxarı Lars keçid məntəqəsindən keçən yol hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan ərazisindən) birləşdirən yeganə quru marşrutdur.

Nərmin Mahmudova
Milli.Az