Bu həftənin çərşənbə axşamı ABŞ-da 60-cı ümumi seçkilər keçiriləcək.
Milli.Az APA-ya istinadən bildirir ki, seçkilərdə amerikalılar prezident və vitse-prezidentlə yanaşı, 33 senator, Nümayəndələr Palatasının 435 üzvü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hökumətləri seçməli olacaqlar.
Ağ Ev uğrunda mübarizədə sabiq prezident Donald Tramp və Ohayonun senatoru Ceyms Devid Venslə vitse-prezident Kamala Harris və Minnesota qubernatoru Tim Vals rəqabət aparır.
Xatırladaq ki, Harris hazırkı prezident Co Bayden namizədliyini geri götürəndən sonra Demokratların rəqibi oldu.
Son aylarda hər iki namizəd fəal şəkildə təbliğat aparıb, onların arasında kəskin mübarizə gedib. 78 yaşlı Tramp Harrisi təcrübəsiz olmaqda ittiham edir və onun siyasətini radikal sol adlandıraraq onun seçilməsinin ölkədə sosialist dönüşünə səbəb olacağını iddia edir.
Buna cavab olaraq, 60 yaşlı Harris Respublikaçı Trampın demokratiya üçün təhlükə yaratdığını deyir və onu seçki sisteminə etimadı sarsıtmağa çalışmaqda ittiham edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun